Norveç paytaxtının Pilestredet küçəsində güclü partlayış baş verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Dagsavisen” qəzeti şəhər polisinə istinadən məlumat yayıb.
Polisin məlumatına görə, küçədə bir neçə partlayıcı qurğu tapılıb, onlardan biri işə düşüb. Xəsarət alanlar barədə məlumat verilməyib.
Hüquq-mühafizə orqanları hansı partlayıcı qurğunun olduğunu dəqiqləşdirməyiblər.
Polis həmçinin partlayıcı qurğuların axtarıldığını və tapılan hər hansı bir partlayıcı qurğunun nəzarət altında partladılmasının həyata keçirildiyini açıqlayıb.