Bərdədə 6 yaşlı uşağa evdə sistem vurulduqdan sonra ölüb

23:56 - 22 Sentyabr 2025 - ÖLKƏ İÇİ

Bərdədə 6 yaşlı uşağa evdə sistem vurulduqdan sonra ölüb.

"Report"un əldə etdiyi məlumata görə, 2019-cu il təvəllüdlü Quliyeva Aylin Zaur qızına səhhətində yaranan problemlə əlaqədar ev şəraitində sistem köçürülüb.

Bir müddət sonra isə halı dəyişən uşaq Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin ilkin müayinəsi zamanı azyaşlının ölməsi faktı faktı qeydə alınıb.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti