Alimlər Vilnüsdə Napoleon ordusuna məxsus kütləvi məzarlıqda cəsədləri tapılan 13 əsgərin dişlərindən DNT-ni analiz edərək iki növ təhlükəli bakteriya aşkar ediblər.
Ucnoqta.az xəbər verir ki, İspaniyanın ABC qəzeti sentyabrın 14-də yazır ki, bu bakteriyalar 1812-ci il hərbi kampaniyasının bir çox iştirakçısının ölümünə səbəb ola bilərdi.
Müayinə edilən meyitlərin hər birində Borrelia recurrentis və Salmonella enterica paratyphi C aşkar edilib. Bu bakteriyalar bitlər və digər parazitlər vasitəsilə ötürülür.
Napoleon müharibələri ilə bağlı tarixi mənbələrdə tif xəstəliyindən bəhs edilmədiyi qeyd edilir, lakin tədqiqatçılar qeyri-spesifik və müxtəlif simptomlarına görə diqqətdən kənarda qala biləcəyini düşünürlər.