Polşada baş verən insident PUA-lara nəzarətin itirilməsi nəticəsində olub - Tramp

00:00 - 19 Sentyabr 2025 - DÜNYA

ABŞ prezidenti Donald Tramp Polşada pilotsuz təyyarələrlə bağlı insidentin idarəetmənin itirilməsi səbəbindən baş verdiyinə ümid etdiyini bildirib.

Ucnoqta.az xəbər verir ki, o, Fox News telekanalına müsahibəsində "Səhv olub-olmadığını deyə bilmərəm. Gəlin etiraf edək: onlar orada olmamalı idilər. Yəqin ki, nəzarəti itiriblər. Ümid edək ki, belədir".

Tramp əlavə edib ki, pilotsuz təyyarələr vurulub və Polşa ərazisinə düşüb.
"Onlar istənilən halda da ora getməməli idilər”.

Xəbər xətti