"Səni axtarıram" növbəti mövsümə start verir - VİDEO

14:45 - 10 Sentyabr 2025 - Cəmiyyət

Teleməkanın ən böyük axtarış proqramı olan "Səni axtarıram" növbəti mövsümə start verir.

Ucnoqta.az xəbər verir ki, daim ilklərə imza atan "Səni axtarıram" verilişinin müəllifi və aparıcısı, Əməkdar jurnalist Xoşqədəm Hidayətqızının təqdimatı ilə "Səni Axtarıram" proqramı növbəti mövsümə start verir.

Verilişin 16-cı mövsümlə bağlı tanıtım çarxı yayımlanıb. Qeyd edək ki, veriliş ARB TV-də yayımlanacaq. Verilişin efirə çıxacaq tarixi və saatı barədə məlumat veriləcək.

Həmin çarxı təqdim edirik:

Xəbər xətti