Putin Polşanı hədəf seçiməklə NATO-nun və Vaşinqtonun nəbzini yoxlayır - Politoloq

10:48 - 10 Sentyabr 2025 - SİYASƏT

Rusiya Prezidenti Vladimir Putin Ukrayna müharibəsi fonunda özünü “sülhpərvər” kimi göstərmək üçün tez-tez eyni fikir təkrarlayır: “Rusiyanın NATO ölkələrinə hücum etmək fikri yoxdur. Qərb ölkələrində belə düşünənlər varsa, ağıllarını itiriblər”.

Ucnoqta.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Ekspertin sözlərinə görə, Kreml sahibi bu günə qədər o qədər yalan danışıb ki, bu da onlardan biridir:
"Putinin əmri olmasaydı, Rusiya dronları NATO üzvü olan Polşanın hava sahəsinə daxil olmazdı. Dronlar Polşanın hava sahəsində daxil olmaq üçün Ukraynanın qərb bölgələrindən keçib. Müharibə Ukraynanın şərqində gedir, Rusiya dronları isə cəbhə bölgəsindən min kilometrlərlə məsafə qət ediblər". 

Elxan Şahinoğlu bildirir ki, Putin ABŞ Prezidenti Donald Trampı yalandan tərifləməklə məşğuldur, reallıqda isə o Ağ Ev sahibinin imicinə zərbələr vurmaqda davam edir:
"Prezidentlərin Alyaska görüşündən sonra Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi genişlənib, paytaxt Kiyev bombalanır, mülki insanlar həlak olurlar. Putin Polşanı hədəf seçiməklə NATO-nun və Vaşinqtonun nəbzini yoxlayır. Vaşinqton və Brüssel əməli tədbirlər görməyəcəkləri halda Polşadan sonra Rusiya dronları digər NATO üzvləri olan Baltik ölkələri, o cümlədən Finlyandiyanın hava sahəsində də görünəcək".

Xəbər xətti