Meksika ABŞ-a tabe olmaqdan imtina etdi

15:28 - 2 Sentyabr 2025 - DÜNYA

Meksika prezidenti Klaudiya Şeynbaum tariflərdən yayınmaq üçün ABŞ-la təhlükəsizlik sazişi bağlamağa hazır olduğunu, lakin tabeçiliksiz olduğunu bildirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Axios portalı məlumat yayıb.

"Biz açıq şəkildə bildirdik ki, bu anlaşma ortaq məsuliyyətə, qarşılıqlı etimada, suverenliyə və əraziyə hörmətə, eləcə də tabeçiliksiz əməkdaşlığa əsaslanır", - Şeynbaum deyib.

O, müraciətində qeyd edib ki, Meksika Tramp administrasiyası tərəfindən tətbiq edilən yeni ticarət tariflərinə reaksiyasında tək deyil.

Xəbər xətti