“Kajiki” qasırğası Tonkin körfəzində 6 metrlik dalğalara səbəb olub

08:01 - 25 Avqust 2025 - DÜNYA

“Kajiki” tropik qasırğası Tonkin körfəzində 4-6 metrlik dalğalara səbəb olub.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bununla əlaqədar Çin Dəniz Proqnozlaşdırma Mərkəzi sularda olan gəmilər üçün sarı xəbərdarlıq elan edib.

Haynanın şərq, cənub və qərb sahillərində 2-3,4 metr hündürlüyündə orta yüksək dalğalar gözlənilir.
Bundan əlavə, adanın qərb və şimal sahillərində 30-50 sm-lik tufan dalğası müşahidə olunacaq. Quanqsi-Çjuanq Muxtar Bölgəsi və Leyçjou yarımadası sahillərində 40-90 sm-lik tufan dalğası gözlənilir.

Qasırğa daha əvvəl məşhur turizm kurort şəhəri Sanyanın yerləşdiyi Haynan adasının cənub sahili yaxınlığından keçmişdi.
Hazırda fırtına artıq əyalətdən uzaqlaşaraq Vyetnamın şimal hissəsinə doğru hərəkət edir. Qasırğanın mərkəzinə yaxın küləyin sürəti 40 m/s-i keçir.

Xəbər xətti