Şəmkirdə çay evi yandı

08:50 - 3 Avqust 2025 - ÖLKƏ İÇİ

Şəmkir rayonunda yanğın olub.

Ucnoqta.az xəbər verir ki, rayonun Kür qəsəbəsində yerləşən çay evində qəfil yanğın baş verib.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.

Yanğın nəticəsində çay evi içərisindəki əşyalarla birlikdə yanıb. Alov söndürülüb, ətrafdakı bir neçə tikili yanğından mühafizə olunub.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Xəbər xətti