Xalq artisti Arif Babayevlə vida mərasimi bu gün saat 13:00-da Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.
Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.
Məlumata görə, Xalq artisti 1-ci Fəxri xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, Arif Babayev 1938-ci il fevralın 20-də Ağdamın Sarıhacılı kəndində anadan olub.
O, bu gün səhər 6:30 radələrində vəfat edib.