Baş Şirvan kollektorunda ata və oğul boğuldu

22:59 - 1 Avqust 2025 - ÖLKƏ İÇİ

Baş Şirvan kollektorunda iki nəfər boğulub.

Ucnoqta.az xəbər verir ki, hadisə kollektorun Şirvan şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Suda ata və övladının boğulduğu bildirilir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti