İngiltərənin "Çelsi" komandası FIFA Klublararası Dünya Çempionatının final matçında Paris Saint-Germain-i 3:0 hesabı ilə məğlub edir.
Ucnoqta.az xəbər verir ki, oyunun ilk hissəsi başa çatıb. London təmsilçisinin heyətində Koul Palmer iki dəfə fərqlənib (22, 30-cu dəqiqələr), Joao Pedro isə daha bir qola (43) imza atıb.
Qarşılaşma Şərqi Ruterfordda (Nyu Cersi, ABŞ) keçirilir.