ADY tətil günlərində 64 mindən çox sərnişin daşıyıb

17:01 - 30 İyun 2025 - DİGƏR

Azərbaycan Dəmir Yolları (ADY) 26-29 iyun qeyri-iş günlərində 64 656 sərnişin daşıyıb.

ADY-dən Ucnoqta.az-a verilən məlumata görə, bu dövrdə Abşeron dairəvi dəmir yolu ilə – 54 505 nəfər, Bakı-Qazax-Bakı marşrutu ilə – 6 196 nəfər, Bakı-Qəbələ-Bakı marşrutu ilə – 1 544 nəfər, Bakı-Balakən-Bakı marşrutu ilə isə – 2 411 nəfər daşınıb.

Qeyd edilib ki, ADY 26-29 iyun tarixlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərib və bu müddət ərzində ölkədaxili marşrutlar üzrə 12 əlavə reys yerinə yetirilib, vaqon sayı tələbata uyğun olaraq artırılıb. Abşeron dairəvi dəmir yolu üzrə isə qatarların hərəkəti şənbə və bazar günlərinin qrafikinə uyğun tənzimlənib.

Xəbər xətti