Azərbaycan Suriyaya başsağlığı verdi

15:14 - 23 İyun 2025 - Ədəbiyyat

Azərbaycan Xarici İşlər Nazirliyi Dəməşqdə kilsədə baş verən terror aktı ilə bağlı Suriyaya başsağlığı verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.

“Dəməşqdə Müqəddəs Elias kilsəsində baş verən dəhşətli terror aktını qətiyyətlə pisləyirik. Qurbanların ailələrinə və zərər çəkmiş bütün insanlara dərin hüznlə başsağlığı veririk”, - deyə paylaşımda qeyd olunub.

Xəbər xətti