Beşqat “Qızıl top”un sahibi, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı futbolçusu Kriştiano Ronaldo karyerasını “Əl-Hilal”da davam etdirmək variantını nəzərdən keçirir.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Footmercato” portalı məlumat yayıb.
Mənbənin məlumatına görə, "Əl-Nasr" artıq futbolçuya 2025-ci ilin yayında başa çatacaq müqaviləsini uzatmaq təklifi edib.
Bununla belə, Ronaldo komanda ilə 2025-ci ildə keçiriləcək Klublararası Dünya Çempionatında iştirak etmək ehtimalına görə “Əl-Hilal”a keçməyi də düşünür.