Ronaldo "Əl Nəsr"dən ayrılır?

11:46 - 27 May 2025 - İDMAN

Portuqaliyalı futbolçu Kriştianu Ronaldo Səudiyyə Ərəbistanının "Əl-Nasr" klubundan ayrılacağına işarə edib. 

Ucnoqta.az xəbər verir ki, bu barədə “Sovetski Sport” futbolçunun sosial şəbəkələrinə istinadən məlumat yayıb.

"Bu fəsil bitdi. Tarix? Hələ yazılır. Hər kəsə təşəkkür edirəm" deyə Ronaldo yazıb.

Ronaldonun komanda ilə hazırkı müqaviləsi 2024/25 mövsümünün sonuna qədərdir. Jurnalist Canluici Longari yazıb ki, klub rəhbərliyi 40 yaşlı portuqaliyalıya 2027-ci ilin yayına qədər müqavilə imzalamağı təklif edib. Media daha əvvəl tərəflərin əmək müqaviləsinin uzadılması ilə bağlı razılığa gəldiyini yazmışdı. Yeni müqavilənin şərtlərinə görə, portuqaliyalı klubun 5%-lik səhminin sahibi olacaq.

Xəbər xətti