Bu ABŞ-ın xarici siyasətinə ziyan vurur - Rubio

12:20 - 26 May 2025 - DÜNYA

Federal hakimin ABŞ prezidenti Donald Tramp administrasiyasına qeyri-qanuni miqrantları Cənubi Sudana deportasiya etməsinə mane olması ABŞ-ın xarici siyasətinə əhəmiyyətli və bərpası mümkün olmayan zərər vuracaq.

Ucnoqta.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.

Söhbət iki Myanma vətəndaşı, iki kubalı və Vyetnam, Laos, Meksika və Cənubi Sudandan olan insanlardan gedir. Qeyd edilir ki, onlar ağır cinayətlər törətməkdə, xüsusən də qətl və zorlamada ittiham olunurlar. Onların vətənləri bu insanları geri qəbul etməkdən imtina edirlər.

Xəbər xətti