İsrail hərbçiləri Qəzza şəhərində fəaliyyət göstərən fələstinli silahlı radikalların qərargahı olduğuna inandıqları məktəbi məhv etmək məqsədilə Fəhmi əl-Cərcəvi məktəbinə zərbələr endirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
İsrail tərəfinin bildirdiyinə görə, bu qərargah radikallar tərəfindən “İsrail mülki əhalisinə və İD qoşunlarına qarşı terror aktları həyata keçirmək məqsədi ilə kəşfiyyat məlumatları planlaşdırmaq və toplamaq üçün” istifadə edilib.
Bildirilir ki, zərbədən əvvəl dəqiq döyüş sursatlarından istifadə, havadan müşahidə və əlavə kəşfiyyat da daxil olmaqla, "mülki əhaliyə zərər vurma riskini azaltmaq üçün çoxsaylı tədbirlər görülüb".