İran və ABŞ Tehranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti həll etmək üçün danışıqların növbəti raundunun tarixi və yeri barədə hələlik razılığa gəlməyiblər.
Ucnoqta.az xəbər verir ki, bunu İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi deyib.
Əraqçi vurğulayıb ki, İran “danışıqları səbirlə və sakit aparır”.
O, Tehranın uranı dinc məqsədlərlə zənginləşdirmək hüququndan imtina etmək niyyətində olmadığını bir daha vurğulayıb.