ABŞ-ın keçmiş prezidenti Co Bayden prostat xərçəngi diaqnozu qoyulduqdan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə People yazıb.
Siyasətçi nəvəsi Robert Hanter Baydenin buraxılışında iştirak edib. Fotonu həyat yoldaşı Cil Bayden İnstaqramda yayımlayıb. Robert Hanter Bayden Konnektikutda Solsberi Liseyini bitirib. Nənəsi, babası və digər ailə üzvləri onu təbrik etməyə gəliblər.
"Qürurlu nənə və baba! "Təbrik edirəm, Hunter - biz səninlə fəxr edirik", - 73 yaşlı Cill Bayden nəvəsinə yazıb.