"Rəhmətliklər diriliblər yenidən..." - Röyadan Ayaz Salayevə sərt cavab

17:28 - 24 May 2025 - MAQAZİN

Xalq artisti Röya Ayxanın Fransada keçirlən Kann Film Festivalına qatılıb qırmızı xalıdan görüntülər paylaşması kinorejissor, kinoşünas və senarist, “Azərbaycanfilm” kinostudiyasının baş redaktoru Ayaz Salayev tərəfindən birmənalı qarşılanmayıb. 

Kinorejissor qeyd edib ki, istənilən şəxs həmin festivala qatıla bilər. 

Ayaz Salayev Xalq artistinin aldığı mükafatın Kann Film Festivalı ilə heç bir əlaqəsi olmadığını deyib. 

Ucnoqta.az xəbər verir ki,  Röya Ayxan sosial şəbəkədə paylaşım edərək Ayaz Salayevə sərt cavab verib:

"Ay qaşqın, deyirlər rəhmətliklər diriliblər yenidən. Enerjiyə gəlmisiniz? Elə bilirsiniz gəlib mənə çatmır? Ayaz Salayev, başlayıram sizdən. Görəndə, salamlaşırsınız hüdüdü... (yamsılayır-red). Özünüzə gəlin! Mən öyrəşmişəm, ölənləri diriltməyə. Amma siz elə ölü qalın. Ay mən olmuşam, mən belə getdim. Bəli, birinci mənəm. Bəli, hər şeyin ən gözəlini layiqli şəkildə edən mənəm. Çünki oxuduğum kimi də ürəyim var. Bildin, hadi ordan!".  

Xəbər xətti