Qaxda 20 yaşlı gənci ilan sancıb

15:47 - 23 May 2025 - ÖLKƏ İÇİ

Mayın 22-də 2005-ci il təvəllüdlü şəxs (kişi cinsli) sağ çiyin nahiyəsindən ilan sancması səbəbi ilə Qax rayonunda 2 doza ilan zəhəri əleyhinə zərdab vurulmaqla ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Apa-ya TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, şöbədə xəstəyə zəruri tibbi xidmətlərin göstərilməsinə başlanılıb. Hazırda xəstənin vəziyyəti ağır-stabildir, müsbət dinamika müşahidə olunur.

Xəbər xətti