Onlara kim ekspert adı verib? - DİM sədri

12:47 - 23 May 2025 - Cəmiyyət

O, ekspertlərin vicdanı olmalıdır. Onlara kim ekspert adı verib? Neçə il ali və orta məktəbdə dərs deyiblər? Hansı beynəlxalq konfranslarda çıxış ediblər, təhsili nədir? Feysbukda, sosial şəbəkədə nəsə yazan ekspertdir? Necə o təhsil eksperti olub?

Ucnoqta.az xəbər verir ki, bu barədə DİM sədri Məleykə Abbaszadə brifinqdə deyib. DİM sədri bildirib ki, ətrafımızda müəyyən qruplar var ki, özlərini məşhurlaşdırmaq, ictimaiyyətə tanıtmaq üçün, imic qazanmaq və pul qazanmaq üçün belə çıxışlar edirlər:

"İctimai fikir onlar tərəfindən formalaşmır. Real ictimai fikir ali və orta məktəb müəllimləri tərəfindən formalaşır. Bu proses tamamilə şəffafdır, hər bir abitruyernt, valideyn öz nəticələrini görür".

Xəbər xətti