İsrailin ABŞ-dakı səfirliyinin iki əməkdaşı öldürülüb

07:49 - 22 May 2025 - DÜNYA

Çərşənbə günü Vaşinqtonda İsrailin ABŞ-dakı səfirliyinin iki əməkdaşı öldürülüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən CBS News kanalı məlumat yayıb.

Məlumata görə, hadisə çərşənbə günü axşam saat 21:15 radələrində baş verib. 

Telekanalın məlumatına görə, İsrail diplomatı və onun yoldaşı tədbirdən sonra Metropoliten Yəhudi Muzeyindən çıxarkən güllələnib. CBS News-un məlumatına görə, diplomatik missiyanın daha bir neçə əməkdaşı da yaralanıb.

Xəbər xətti