Qəzzaya gecə hücumu - 24 nəfər ölüb

08:31 - 21 May 2025 - DÜNYA

İsrail ordusunun bir gecədə Qəzza zolağının müxtəlif ərazilərini bombalaması və atəşə tutması nəticəsində azı 24 nəfər həlak olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Məlumata görə, ən güclü zərbələr anklavın cənubunda yerləşən və İsrail Hərbi Hava Qüvvələrinin hücumları nəticəsində azı 11 fələstinlinin həlak olduğu Xan Yunis şəhərinə endirilib.
Qəzza zolağının mərkəzindəki Deyr əl-Bələh şəhəri və şimaldakı Cəbəliyə şəhəri də kütləvi hava və artilleriya atəşinə məruz qalıb.

Xəbər xətti