ABŞ administrasiyası “Qızıl Qübbə” raketdən müdafiə sistemi üçün ümumilikdə təxminən 175 milyard dollar ayırmaq niyyətindədir.
Ucnoqta.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə Pentaqonun rəhbəri Pit Heqsətlə birlikdə yeni raketdən müdafiə sisteminin yaradılması üçün vəsaitin ayrıldığını elan etmək üçün çıxışı zamanı bildirib.
"Və yəqin ki ümumi dəyəri, tamamlandıqdan sonra, çox güman ki, 175 milyard dollar olacaq" - Amerika lideri dedi.