Trampı mühakimə edən prokuror istintaqa cəlb olundu

08:58 - 9 May 2025 - DÜNYA

ABŞ Ədliyyə Departamenti Nyu-Yorkun baş prokuroru Letitia Ceymslə bağlı daşınmaz əmlak sövdələşmələri ilə bağlı araşdırmaya başlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Washington Post qəzeti mənbəyə istinadən məlumat yayıb.

İstintaq Federal Mənzil Maliyyəsi Agentliyinin direktoru Uilyam J. Pultenin aprel ayında Florida ştatının baş prokuroru Pam Bondiyə məktub göndərməsindən sonra başlayıb.
Məktubda Ceymsin dövlət subsidiyaları və güzəştli kreditlər əldə etmək üçün bank və əmlak qeydlərini saxtalaşdırdığı iddia edilir.

İstintaq əvvəllər prezident Donald Trampa qarşı çıxış edən hüquq-mühafizə orqanının rəsmisinin ilk cinayət təqibi olub.

Letitia Ceyms əvvəllər Trump Organisation-a qarşı şirkəti biznes pozuntularında ittiham edərək bir neçə məhkəmə iddiası qaldırmışdı. Keçən il o, yüz milyonlarla dollar dəyərində böyük məhkəmə işini qazanıb.
Donald Tramp apellyasiya şikayəti vermək niyyətində olduğunu açıqlayıb.

Xəbər xətti