Polşa vətəndaşı balta ilə Varşava Universitetinin şəhərciyinə hücum edib, hadisə nəticəsində bir qadın ölüb, bir nəfər isə yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə X-də Varşava polisi məlumat verib. Məlumata görə, bir nəfər balta ilə Varşava Universitetinin şəhərciyinə soxulub və oradakı insanlara hücum edib.
Hadisə nəticəsində bir qadın ölüb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, təcavüzkar onun başını kəsib.
Polis hadisənin cinayət xarakterli olduğunu bildirib. Hücum edən şəxs saxlanılıb.