ABŞ prezidenti Donald Tramp mayın 8-nin İkinci Dünya Müharibəsində Qələbə Günü elan edilməsi barədə sərəncam verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti tərəfindən yayılan ABŞ prezidentinin bəyannaməsində deyilir.
Tramp müttəfiqlərin milli sosializm və faşizm üzərində qələbəsini qeyd edərək, ABŞ-ın İkinci Dünya Müharibəsində təxminən 250 min insan itirdiyini xatırladıb.
“Əgər Amerika əsgərlərinin bu fədakarlığı olmasaydı, müharibə qalib gəlməzdi və dünyamız bu gün çox fərqli görünərdi”, - Tramp deyib.
Eyni zamanda o, ABŞ-ın öz ölkəsi, azadlığı və Qərb sivilizasiyasının sağ qalması naminə özünü qurban vermiş hər kəsin xatirəsini ehtiramla yad etdiyini vurğulayıb.
"Milyonlarla mənasız şəkildə itirilən həyat, nə üçün güc vasitəsilə sülhə can atmalı olduğumuzu xatırladır. Mən illərlə davam edən sonsuz xarici müharibələrə son qoymağa və yeni itkilərin qarşısını almağa sadiqəm", - Tramp deyib.