Putin Pezeşkianla telefonla danışıb

14:32 - 6 May 2025 - DÜNYA

Rusiya prezidenti Vladimir Putin və iranlı həmkarı Məsud Pezeşkian telefonla danışıb

Ucnoqta.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilri ki, prezidentlər Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi çərçivəsində ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər. 

Qarşılıqlı faydalı ticarət və investisiya əlaqələrinin, o cümlədən nəqliyyat və energetika sahəsində birgə iri layihələrin həyata keçirilməsi yolu ilə genişləndirilməsinə xüsusi diqqət yetirilib.

Putin və Pezeşkian həmçinin Rusiya-İran əməkdaşlığını və xarici siyasət yolunda koordinasiyanı gücləndirmək üçün işləri aktivləşdirmək barədə razılığa gəliblər.

Prezidentlər həmçinin, İranın nüvə proqramı ilə bağlı Omanın vasitəçiliyi ilə İran və ABŞ arasında aparılan danışıqların gedişatını müzakirə ediblər.

Xəbər xətti