ABŞ 2025-ci ildə Aİ mallarına 100 milyard avro rüsum götürəcək

14:01 - 6 May 2025 - İQTİSADİYYAT

ABŞ 2024-cü ildəki 7 milyard avrodan bu il Aİ mallarına 100 milyard avro gömrük rüsumları yığa bilər.

Ucnoqta.az xəbər verir ki, bunu Avropa Parlamentinin Strasburqda keçirilən sessiyasında çıxışı zamanı ticarət siyasəti və iqtisadi təhlükəsizlik üzrə Avropa komissarı Maroş Şefçoviç deyib.

O vurğulayıb ki, bu gün Vaşinqton artıq Aİ ixracatının 70%-nə 10%-dən 25%-ə qədər rüsumlar tətbiq edib və vergi tutulan ixracın həcmini 97%-ə çatdırmağa hazırlaşır.

Avropa Komissiyasının proqnozu göstərir ki, hazırda ABŞ-da aparılan bütün antidempinq araşdırmalarından sonra rüsumlar tətbiq edilərsə, 2025-ci ildə bu rəqəm 100 milyard avroya yüksələ bilər. 

Xəbər xətti