ABŞ-nin Yəmən ərazisinə endirdiyi aviazərbələr nəticəsində azı 38 nəfər ölüb, 102 nəfər yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yəmənin Ənsar Allah hərəkatının husi üsyançılarının nəzarətində olan “Əl Məsirə” telekanalı məlumat yayıb.
Məlumata görə, neft terminalının yerləşdiyi El Hodeyda əyalətinin Qırmızı dəniz sahilində yerləşən Ras İsa limanı cümə günü gecə havadan hücuma məruz qalıb. Güclü yanğın baş verib. ABŞ Hərbi Hava Qüvvələri ən azı 14 hava hücumu həyata keçirib və həkimlər və mülki müdafiə personalı bombalama yerinə gələndən sonra da davam edib. Tibb işçiləri arasında ölənlər də var.