Qəzzada humanitar yardım "HƏMAS" üçün gəlir mənbəyinə çevrilib - İsrail XİN rəhbəri

14:48 - 4 Mart 2025 - DÜNYA

Qəzza zolağında humanitar yardım radikal HƏMAS hərəkatının əsas gəlir mənbəyi və müharibənin davam etdirilməsi vasitəsi olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar mətbuat konfransında bildirib.

Nazir bildirib ki, onlar bundan İsrailə qarşı müharibələrini davam etdirmək üçün bir vasitə kimi istifadə edirlər", - o deyib.

Xarici işlər naziri qeyd edib ki, İsrail atəşkəsin ikinci mərhələsinə doğru irəliləməyə hazırdır, lakin bunun üçün girovların azad edilməsi ilə bağlı razılaşma lazımdır.

Saar Qəzza zolağında hərbi əməliyyatların bərpası üçün vaxt çərçivəsinin olub-olmaması ilə bağlı suala cavab verməyib, lakin İsrail müharibəni davam etdirmək istəsə, bunu edəcək deyib. 

Xəbər xətti