Ötən ay azad olunan ərazilərdə 428 mina tapılıb

12:28 - 3 Mart 2025 - ÖLKƏ İÇİ

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.

ANAMA-dan Ucnoqta.az-a verilən məlumata görə, azad olunan ərazilərdə fevral ayı ərzində 123 tank əleyhinə mina, 305 piyada əleyhinə mina, 1 078 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Məlumata görə, 2 862,5 hektar ərazi minalardan təmizlənib.


Xəbər xətti