“Bu barədə heç bir fikrim yoxdur. Hazırda “Qarabağ”la danışıqlar aparırıq"
Ucnoqta.az xəbər verir ki, “Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzia Misli Premyer Liqasının 23-cü turunda “Neftçi”yə qalib gəldikləri matçdan sonra (1:0) “CBC Sport”a komandadan ayrılacağı ilə bağlı suala cavab verərkən belə deyib.
O, Ağdam təmsilçisi ilə danışıqlar apardığını deyib:
"Görək necə olacaq. Buranı çox bəyənirəm. Baş məşqçi mənə güvənir, mən də ona. Gələcəkdə nə baş verəcəyini görəcəyik”.