“Tünzalə vəfat edəndə ...”

14:36 - 17 Fevral 2025 - Cəmiyyət

Aktrisa Ülviyyə Əliyeva mərhum Əməkdar artist Tünzalə Əliyevadan danışıb. 

Ucnoqta.az xəbər verir ki, sənətçi “Retro Bakı” yutub layihəsində onun öldüyü gün yaşadıqlarından söz-açıb:

“Saytlardan birindən zəng gəldi ki, Tünzalə ölüb. İnanmadım, zəng vurdum telefonu açmadı. Sonra öyrəndim ki, düzdür. Həmin an da səhnəyə çıxmalıydım. “Qırmızı papaq”da nənə obrazını oynayırdım. Yaxşı ki, maska taxmışdım. Ağlaya-ağlaya səhnəyə çıxdım. Tünzalə ölüb, mən səhnədə ağlaya-ağlaya oynayıram. Ürəyimdə deyirəm, necə arsız insanam, burada nə gəzirəm? Güclə oynadım və getdim”.

Qeyd edək ki, “Toppuş bacı” ləqəbli aktrisa uzun sürən xərçəng xəstəliyindən vəfat edib. 

Xəbər xətti