Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində hazırda vakant olan laborant, kitabxana müdiri, kitabxanaçı, katibə-makinaçı, çağırışaqədər hazırlıq rəhbəri, təsərrüfat işləri üzrə direktor müavini, təsərrüfat müdiri, uşaq birliyi rəhbəri, psixoloq və mühasib vəzifələrinə işə qəbul müsabiqəsi üzrə test imtahanı keçirilib.
Şəki şəhər 11 nömrəli tam orta məktəbdə təşkil olunan test imtahanında 610 nəfər iştirak edib. İmtahanda namizədlərə 50 test tapşırığının cavablandırılması üçün 90 dəqiqə vaxt verilib.
Qeyd edək ki, hər bir vəzifə kateqoriyasında ən yüksək bal toplamış namizədlər mövcud vakansiyalar üzrə işə qəbul olunacaqlar.