HƏMAS fevralın 8-də üç israilli girovu azad edəcək

20:52 - 7 Fevral 2025 - DÜNYA

 Fevralın 8-də Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında saxlanılan üç israilli girovu azad edəcək, onlardan biri Ohad Ben-Ami Almaniya vətəndaşıdır.

Ucnoqta.az xəbər verir ki, müvafiq açıqlamanı HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları qrupunun nümayəndəsi Əbu Ubeydə yayıb.

“Mübadilə razılaşmasının bir hissəsi olaraq, biz şənbə günü, fevralın 8-də Eliyahu Sharabi, Or Levi və Ohad Ben-Amini azad etmək qərarına gəldik”, - Abu Ubayda Telegram kanalında yazıb.

Xəbər xətti