İdarə müdiri Qaxda bir neçə təhsil müəssisəsində olub - FOTO

16:07 - 7 Fevral 2025 - ÖLKƏ İÇİ

Şəki -Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova Qax rayonunda bir neçə təhsil müəssisəsində olaraq məktəblərin gündəlik fəaliyyəti, təlim-tədris prosesi və infrastruktur vəziyyəti ilə tanış olub.

Ucnoqta.az xəbər verir ki, daha sonra idarə müdiri Qax rayonu M.Ə.Sabir adına Güllük kənd tam orta ümumtəhsil məktəbində pedaqoji kollektivlə görüş keçirib.

Görüş zamanı şagirdlərin inkişafı, onların nailiyyətlərinin artırılması, müəllimlərin peşəkar inkişafı və təhsil keyfiyyətinin yüksəldilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, kollektivə müvafiq tövsiyələr verilib.


Xəbər xətti