Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevinin sərəncamı ilə Anar Rəhim oğlu Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.
Ucnoqta.az xəbər verir ki, A.Əliyev 1980-ci ildə Bakı şəhərində anadan olub.
2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsinin bakalavr pilləsini bitirib.
2002-ci ildə magistr pilləsini başa vuraraq magistr dərəcəsi, 2006-cı ildə isə fəlsəfə doktoru dərəcəsi alıb.
2000-2006-cı illərdə 1 saylı yerli iqtisad məhkəməsində məhkəmə iclasının katibi olub.
2006-2008-cı illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin baş məsləhətçisi, 2008-2018-ci illərdə isə həmin şöbənin müdiri vəzifələrində işləyib.
Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan iqtisadiyyatının inkişafında xidmətlərinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Dövlət başçısının 3 fevral 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Apellyasiya Şurasının 2018-ci ilə qədər üzvü olub.
2018-ci ildə dövlət başçısının sərəncamı ilə Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin olunub.
Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, iki övladı var.