Rusiya prezidenti Vladimir Putin Azərbaycanın AZAL aviaşirkətinin qəzaya uğraması ilə bağlı açıqlama verməyi planlaşdırmır.
Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə prezidentin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Xeyr, təyyarə qəzası ilə bağlı danışmaq planları yoxdur”, o, deyib.
Qazaxıstanın Aktau hava limanı yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması ilə bağlı araşdırmanın ilkin hesabatı dərc olunub. Sənəddə təyyarədə çoxsaylı deşiklər və yad xırda metal əşyalar aşkar edildiyi, Qroznı hava limanında "Kovyor" əməliyyatı elanı təyyarə kənardan müdaxilə nəticəsində idarəetməni itirdikdən sonra verildiyi bildirilir.