Trampın sərəncamı İsrail və ABŞ-ı "məhkəmə müharibələri"ndən qoruyacaq - Netanyahu

11:56 - 7 Fevral 2025 - DÜNYA

ABŞ Prezidenti Donald Trampın Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) sanksiya tətbiq etməsi ilə bağlı sərəncamı İsrail və ABŞ-ın suverenliyini qoruyacaq və hər iki ölkəni “məhkəmə müharibələrindən” qoruyacaq.

Ucnoqta.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.

Netanyahu bildirib ki, o, Amerika və İsraili “məhkəmə müharibələri” aparmaq üçün heç bir yurisdiksiya və əsası olmayan anti-Amerika, antisemit, korrupsiyalaşmış məhkəmədən qoruyacaq.

İsrail hökumətinin başçısı ABŞ prezidentinə "BCM-yə qarşı sanksiyalarla bağlı cəsarətli sərəncamı"na görə təşəkkür edib.

Xəbər xətti