Nòvbəti ildə Qarabağ Universitetinə qəbul olunanlar təhsil haqqından azad ediləcək.
Ucnoqta.az xəbər verir ki, bunu Elm və Təhsil naziri Emin Əmrullayev brifinqdə deyib. Nazir bildirib ki, növbəti tədris ilində daha 1500 tələbənin Qarabağ Universitetinə qəbulu nəzərdə tutulub.
Növbəti ildə Qarabağ Universitetinin Klinikası və Tibb fakültəsi fəaliyyətə başlayacaq.