Məktəbəqədər təhsilə cəlb ediləcək uşaqların sayının 50 faizə çatdırılması hədəflənir.
Ucnoqta.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov 1 illik fəaliyyətinə dair keçirilən "Hesabat Brifinqi" zamanı deyib.
O qeyd edib ki, bağçaların Elm və Təhsil Nazirliyi sisteminə keçdiyi 2 il müddətində müxtəlif istiqamətlər üzrə yeniliklər tətbiq olunur.
"2 il müddətində deyə bilərik ki, məktəbəqədər təhsil sahəsində xeyli işlər görülüb. Əlçatanlığın, şəffaflığın təmin edilməsi məqsədilə bir sıra proseslərimizi elektronlaşdırmışıq.Buraya bağçalara uşaq qəbulunu, bağça müdirlərinin işə qəbulunu, bağçalarda çalışan tərbiyəçi-müəllimlərin işə qəbulu proseslərini aid edə bilərəm. Elektron sistemlər hər kəs üçün bərabər imkanlar yaratmaqla yanaşı, eyni zamanda bu proseslərdə insan faktorunu minimuma endirərək məlumatların düzgünlük və dəqiqliyini artırdı", - deyə o qeyd edib.///apa