Melburnda yolsuzluq avtomobilinin sürücüsü məktəbin hasarını uçuraraq həyətdə oynayan şagirdləri vurub, bir uşaq ölüb.
Ucnoqta.az xəbər verir ki, Viktoriya ştatının polisinin verdiyi məlumata görə, daha dörd qurban ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Bildirilib ki, avtomobil yoldan çıxıb və məktəbin hasarını uçuraraq təhsil müəssisəsinin həyətinə daxil olub.
11 yaşlı bir uşaq ağır xəsarətlərlə xəstəxanaya aparılsa da, sonradan dünyasını dəyişib.
Həmçinin qeyd edilir ki, daha dörd uşaq - 10-11 yaşlı üç qız və bir 10 yaşlı oğlan ağır bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.
Polis idarəsindən bildirilib ki, sürücü 40 yaşlı qadındır, o, həbs edilib.
Onunla bağlı araşdırma aparılır.