Argentina pul çapını dayandırdı

07:53 - 29 Oktyabr 2024 - DÜNYA

Argentina yüksək xərclərə görə əskinasların çapını dayandırıb

Ucnoqta.az xəbər verir ki, bu barədə Argentinanın “Nacion” nəşri məlumat yayıb.

Bildirilir ki, Argentina Mərkəzi Bankı yüksək qiymətə görə 1000 (0,98 ABŞ dolları) və 2000 (1,9 dollar) peso nominalında əskinasların buraxılmasından imtina edib.

Mövcud məlumata görə, Mərkəzi Bank milli zərbxana ilə əskinasların buraxılması üzrə mövcud müqaviləyə xitam verib.
Onun işçiləri məcburi məzuniyyətə göndərilib. Qəzetin mənbəsi bu qərarı ölkədə 1000 və 200 peso əskinasların kifayət qədər tədarükü, həmçinin onların çapına çəkilən xərclərin yüksək olması ilə izah edib.

Argentina daha böyük əskinaslara olan ehtiyacını Çindən tədarükü hesabına ödəyəcək.
Belə ki, ilin sonunadək Çində çap olunmuş nominal dəyəri 20 min peso (19,6 dollar) olan əskinaslar ölkəyə gələcək.
Onların istehsalı Argentinaya öz zərbxanasında olduğundan yarı baha başa gəlir.

Xəbər xətti