"Döş xərçəngi ilə mübarizədə sağlam qidalanma və aktiv həyat tərzi çox əhəmiyyətlidir"
Ucnoqta.az xəbər verir ki, bu barədə danışan dietoloq Elif Melek Avcı Dursun xərçəng riskini artıran qidalara qarşı əhəmiyyətli xəbərdarlıqlar edib.
Dietoloq bildirib ki, bunlar əsasən qırmızı ət və işlənmiş ət məhsulları, rafine şəkərlər, doymuş yağ ehtiva edən qidalar, həddindən artıq yağ qəbulu, yüksək temperaturda qızardılmış və bişmiş qidalar, yüksək glisemikli qidalardır.
"Belə pəhrizlər iltihaba səbəb olur və döş xərçəngi riskini artırır" - Dursun dedi.
Dietoloq döş xərçəngindən qoruya biləcək qidalanma tövsiyələri haqqında məlumat verdi.
“Qırmızı və narıncı tərəvəzlər, yaşıl çay, kətan toxumu, yağsız süd məhsulları, D vitamini, həftədə ən az iki dəfə balıq, sitrus meyvələri, tünd yaşıl yarpaqlı tərəvəzlər, qırmızı və bənövşəyi meyvələr, antioksidant baxımından zəngin qidalar və bəzi göbələk növləri bu xəstəliyə qarşı qoruyucu təsir təmin edə bilər."
Bu qidaların orqanizmi zərərli maddələrdən qoruyaraq xərçəng riskini azaltmağa kömək etdiyini vurğulayan Dursun, "Zərərli insanları və qidaları həyatınızdan çıxarın. Sağlam və aktiv qalın" dedi.