Aİ nazirləri Gürcüstandakı vəziyyətdən narahat olduqlarını bildiriblər

00:04 - 29 Oktyabr 2024 - DÜNYA

Avropa İttifaqının (Aİ) Avropa məsələləri üzrə nazirləri Gürcüstanda seçki pozuntuları ilə bağlı yaranmış vəziyyətdən narahat olduqlarını bildiriblər və etirazları və hökumətin onlara reaksiyasını dinc saxlamağa çağırıblar.

Ucnoqta.az xəbər verir ki, bu barədə 13 ölkənin - Çexiya, Danimarka, Almaniya, Estoniya, Finlandiya, Fransa, İrlandiya, Litva, Hollandiya, Lüksemburq, Polşa, Portuqaliya, İsveçin nazirlərinin imzaladığı birgə bəyanatda deyilir.
“Biz Gürcüstanda mövcud vəziyyətdən çox narahatıq.  Biz azad və ədalətli seçkilərlə bağlı beynəlxalq normaların bütün pozuntularını pisləyirik”, - sənəddə deyilir.
Sənəddə qeyd olunur ki, narahatlıqları bölüşür və şikayətlərin qərəzsiz araşdırılmasını və aşkar edilmiş pozuntuların aradan qaldırılmasını tələb edirik.

Eyni zamanda, nazirlər Gürcüstanın tərəfində olduqlarını vurğulayıblar. “Etirazların və xüsusən də hökumətin onlara reaksiyasının dinc şəkildə davam etməsi vacibdir.
Seçki bütövlüyünün pozulması Avropa İttifaqı üzvlüyünə namizəddən gözlənilən standartlarla bir araya sığmır”, - imza edənlər bildiriblər.

Xəbər xətti