Norveç 362,9 milyon dollar dəyərində AIM-120C-8 AMRAAM orta mənzilli raketlərinin alınması üçün ABŞ-la müqavilə bağlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə krallığın müdafiə naziri Byorn Arild Qram məlumat verib.
Norveç Müdafiə Materialları Agentliyinin saytında dərc edilən məlumata görə, bu raketlər ilk növbədə Norveçin hava hücumundan müdafiə sistemləri üçün nəzərdə tutulub, lakin F-35 döyüş təyyarələri üçün də istifadə oluna bilər.
Bundan əlavə, Norveç NASAMS hava hücumundan müdafiə sistemlərinin batareyalarının sayını iki dəfə artırmağı, eləcə də uzaq mənzilli hava hücumundan müdafiə sistemlərinin alışını artırmağı planlaşdırır.