7 oktyabr 2023-cü ildən Qəzza zolağında davam edən hərbi əməliyyatlar nəticəsində azı 182 jurnalist həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Fələstin hakimiyyətinin mətbuat xidməti öz Telegram kanalında məlumat yayıb.
Məlumata görə, son günlər iki media işçisi sektorda münaqişənin qızışmasının qurbanı olub.
Sektorun Səhiyyə Nazirliyinin daha əvvəl açıqladığı son məlumatlara görə, 2023-cü ilin oktyabrından bəri anklavda ölənlərin ümumi sayı 42,924, ən azı 100,833 fələstinli yaralanıb.